Ali Məhkəmədə Bakıda quldurluqda təqsirləndirilən Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Alinin kassasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub. Bakı Apellyasiya Məhkəməsi əcnəbinin şikayətini təmin etməyib.
Qeyd: Pakistan vətəndaşı Chaudhary Shahzad Ali Nasir Ali barəsində Cinayət Məcəlləsinin 181.2.5-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. O, Bakıda əcnəbiyə qarşı quldurluq edib.
Kamal Məmmədov
Tarix: 12 İyun 2024, 08:40