İspaniya millisinin sabiq hücumçusu Fernando Torres “Atletiko” klubunun ikinci komandasının baş məşqçisi təyin edilib.Metbuat.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Keçmiş hücumçu növbəti mövsümdən etibarən "Atletiko"nun B komandasını çalışdıracaq. Madrid klubunun əvəzedicilərinin hazırkı baş məşqçisi Luis Qarsiya Tevent isə əsas komandanın məşqçilər korpusunda yer alacaq.Qeyd edək ki, F.Torres buna qədər “Atletiko”nun 19 yaşadək futbolçulardan ibarət komandasında çalışıb.