EN

Nazir: Türkiyə kosmos sahəsində beynəlxalq əməkdaşlığa hazırdır

Nazir:

Ankara, 12 iyun, AZƏRTAC

Türkiyə texnologiyalar, o cümlədən kosmik sənaye sahəsində beynəlxalq əməkdaşlığa hazırdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır Ankarada ölkə tarixində ilk iki kosmonavt Alper Gezeravcı və Tuva Cahangir Ataseverin iştirakı ilə mətbuat konfransında bildirib.

Nazir Tuva Cahangir Ataseverin suborbital uçuşunu türk xalqının növbəti qürur mənbəyi adlandırıb.

“Atasever missiyaya özü ilə Türkiyə və Azərbaycanın bayraqlarını götürüb, bununla da adını qızıl həriflərlə tarixə yazıb. Kosmonavt deyimin ruhunda hərəkət edirdi: “Bir millət, iki dövlət”, - deyə türk naziri bildirib və xatırladıb ki, Ataseverin anası azərbaycanlıdır.

Nazirin sözlərinə görə, Türkiyə kosmik sahədə yeni missiyalar və proqramlar planlaşdırır, bunun üçün maksimal çox sayda milli kosmik brendləri yaratmaqla, texnoloji sənayeni təkmilləşdirəcək. “Milli peyklər brendini yaratmaq bizim üçün çox vacibdir”, - deyə Türkiyə naziri vurğulayıb və qeyd edib ki, Türkiyə istehsalı olan Türksat 6A telekommunikasiya peykinin işə salınması bu istiqamətdə mühüm addım olacaq.

Kacır həmçinin Türkiyənin iştirakı ilə yeni kosmodromun yaradılması ilə bağlı planları bölüşüb. “Kosmodrom 2030-cu ilə qədərki dövr beynəlxalq əməkdaşlıq çərçivəsində yaradılacaq”, - deyə nazir əlavə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
49
azertag.az

1Sources