EN

KİV: Rusiya və Gürcüstan diplomatik münasibətlərin tam bərpası imkanlarını nəzərdən keçirirlər

Gürcüstan və Rusiya diplomatik münasibətlərin tam bərpası imkanlarını nəzərdən keçirirlər.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın hakimiyyətə yaxın BRİEF nəşri yazıb.

Tbilisidəki diplomatik dairələr istinad edən nəşr Moskva və Tbilisidə Gürcüstan və Rusiya səfirliklərinin açılmasının zaman məsələsi olduğunu yazıb.

Nəşrə eyni məlumatı, Rusiyanın Gürcüstandakı maraqlarını təmsil edən İsveçrənin Tbilisidəki səfirliyində olan mənbə də təsdiqləyib.

Chosen
200
1
apa.az

2Sources