EN

Apple istifadəçilərə söz verdi

Apple istifadəçi məlumatlarını sızdırmayacağına dair söz verib.

Teleqraf.com “ArsTechnica”a istinadən xəbər verir ki, Apple-nin süni intellektni istifadə edənlərin məlumatları sızdırılmayacaq.

“Apple” şirkətinin proqram təminatının inkişafı üzrə baş vitse-prezidenti Kreyq Federiqinin süni intellekti istifadə edənlərin şəxsi məlumatlarının yüksək səviyyədə qorunacağını bildirib. Federiqinin sözlərinə görə, sadə və kiçik tapşırıqları yerinə yetirərkən bütün süni intellekt hesablamaları birbaşa cihazda - iPhone və digər cihazların güclü prosessorlarından istifadə etməklə baş verəcək. Amma bəzi hallarda cihaz başqa serverlərə də daxil olacaq.

Kreyq Federiqinin sözlərinə görə, "Apple Intelligence" yalnız bu serverlərə tapşırığı tamamlamaq üçün lazım olan məlumatları göndərəcək. Şirkətin top menecerinin fikrincə, şəxsi məlumatların sızması riski aradan qaldırılıb. Federaghi onu da bildirib ki, sistem kriptoqrafik konfiqurasiya ediləcək, yəni sındırma riski aşkar edilərsə, iPhone və digər qurğular serverlə qarşılıqlı əlaqədən imtina edəcək.

Qeyd edək ki, daha əvvəl Tesla və SpaceX-in rəhbəri İlon Mask Apple Intelligence-i “casus proqramı” adlandırmışdı. Mask həmçinin işçilərini işdə Apple cihazlarından istifadə etməyi qadağan etməklə hədələyib.


Müəllif: Arzu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
teleqraf.com

1Sources