EN

“Latsio”nun futbolçusu Qətər klubunda

“Latsio”nun yarımmüdafiəçi Luis Alberto karyerasını Qətərdə davam etdirəcək. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu növbəti mövsümdən “Əl-Duhail”də çıxış edəcək. Daha əvvəl, Qətər klubunun futbolçu ilə şəxsi müqaviləsinin şərtlərini razılaşdırdığı bildirilirdi. 2027-ci ilə qədər nəzərdə tutulan müqavilədə illik 8 milyon avro maaş, üstəgəl bonus öz əksini tapıb. Transferin məbləği 10 milyon avro və bonuslar olacaq. Həmçinin, “Liverpul” bu məbləğin 25%-ni alacaq. Xatırlayaq ki, “Liverpul”un futbolçusu olan Luis Alberto 2014/15 və 2015/16 mövsümlərində İspaniyada “Malaqa” və “Deportivo”da icarə əsasında çıxış edib. O, 31 avqust 2016-cı ildə 6 milyon funt-sterlinqə İtaliyanın “Latsio” klubuna keçib.      

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
44
1
matc.az

2Sources