EN

ABŞ-də ticarət mərkəzində atışma olub, 4 nəfər ölüb

ABŞ-nin Corciya ştatının Atlanta şəhərində ticarət mərkəzində baş vermiş atışma zamanı 4 nəfər ölüb.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, hadisə mərkəzin restoranlar yerləşən mərtəbəsində baş verib. Atlanta polisinin verdiyi məlumata əsasən, ölənlərdən üçü ziyarətçidir. Şübhəli şəxs hadisə zamanı güllələnib. Polis hadisənin səbəblərini araşdırır.

Chosen
89
9
sia.az

10Sources