EN

Film çəkilişi zamanı bir nəfər uçurumdan yıxılaraq öldü

“Minbər” və ya “Minbər qayası” kimi tanınan Preikestolen Norveçin cənub-qərbində yerləşir. Bu uçurum Norveçin ən heyrətamiz mənzərələrini təqdim edir. Ölkənin rəsmi turizm saytına görə, bu, Norveçin ən məşhur dağ attraksionlarından biridir və ildə 300 000-dən çox ziyarətçi cəlb edir.

 

Sfera.az bildirir ki, Tom Kruzun baş rolda çəkildiyi “Missiya: Mümkünsüz: Fallout” filmində nümayiş olunan bu məşhur qayadan bu yaxınlarda bir turist yıxılaraq ölüb. O, 604 metr hündürlükdən yerə yıxılıb. 


Polis şəxsin Minbərdən yıxılaraq öldüyünü təsdiqləyib. Onun 40 yaşı olub və tək səyahətə çıxıbmış.

 

"Polis hadisəni ehtiyatsızlıqdan yıxılma, bədbəxt hadisə kimi araşdırır. Bizdə cinayət hadisəsi baş verməsi ilə bağlı heç bir ehtimal yoxdur"- deyə polis əməkdaşı izah edib.

 

Hadisənin baş verdiyini görən bir nəfər də daxil olmaqla iki şahid dindirilib. Hadisəni görən şahid kişinin sürüşərək yıxıldığını bildirib.

 

Məlumata görə, Preikestolen  Norveçin ən ikonik təbiət abidəsi olsa da və uzun illərdir tanınsa da, şöhrəti Tom Kruzun baş rolda oynadığı altıncı “Missiya: Mümkün olmayan” filmində nümayiş etdirildiyi vaxtdan sonra artıb.

 

Filmin sonunda uçurumda Tom Kruzun canlandırdığı personaj və rəqibi mübarizə aparır və sonra yıxılır. Kruz bütün kaskadyorları özü ifa edib.

 

Filmin premyerası zamanı 2000 insan lazerlərdən istifadə edərək gecə proyeksiyasını görmək üçün uçuruma 4 kilometr piyada yol gedib.

 

Ərazini qorumaq və ziyarətçilər üçün təhlükəsiz etmək qeyri-kommersiya təşkilatına həvalə edilib. Sırf Preikestolen qayalığına görə filmin turizmə müsbət təsir edəcəyi gözlənilirdi.

 

Aysel

Sfera.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
104
sfera.az

1Sources