EN

Kobaxidze ABŞ-nin sanksiyalarını təhqiramiz adlandırıb

Gürcüstanın baş naziri İrakli Kobaxidze Vaşinqtonun “xarici agentlər haqqında qanun”un qəbulu ilə bağlı tətbiq etdiyi sanksiyaları qeyri-ciddi və təhqiramiz adlandırıb .

Busaat.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Bir daha vurğulamaq istəyirəm ki, sanksiyalar ciddi deyil, lakin ölkəmiz və xalqımız üçün təhqiramizdir.

Bu da tərəfdaşlıq ruhunda deyil, ona görə də ümid edirəm ki, hamısı nəzərdən keçiriləcək. ABŞ və Avropa İttifaqı ilə münasibətlərin dərinləşməsi bizim maraqlarımıza uyğundur. Bu istiqamətdə həm amerikalı tərəfdaşların, həm də Aİ nümayəndələrinin qarşılıqlı addımlarını görmək bizim üçün vacibdir .

Mən hamını praqmatik addımlar atmağa və xalqımıza düzgün və ədalətli münasibət göstərməyə çağırıram”, – deyə İrakli Kobaxidze bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
20
busaat.az

1Sources