![ABŞ-də](https://azertag.az/files/2024/2/1200x630/1718136569380923817_1200x630.jpg)
Vaşinqton, 12 iyun, AZƏRTAC
ABŞ-nin Corciya ştatının Atlanta şəhərində ticarət mərkəzində baş vermiş atışma zamanı 4 nəfər ölüb.
AZƏRTAC-ın məlumatına görə, hadisə mərkəzin restoranlar yerləşən mərtəbəsində baş verib. Atlanta polisinin verdiyi məlumata əsasən, ölənlərdən üçü ziyarətçidir. Şübhəli şəxs hadisə zamanı güllələnib. Polis hadisənin səbəblərini araşdırır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton