EN

Almaniyalı deputatlar Zelenskinin çıxışını boykot ediblər

Alman sağçı ekstremistlər və solçu millətçilər Ukrayna prezidenti Vladimir Zelenskinin Bundestaqdakı çıxışını boykot ediblər.

Busaat.az xəbər verir ki, bu barədə Agence France-Presse məlumat yayıb.

Zelenski Almaniya parlamentində çıxış edib. Çıxışın məqsədi Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyi gücləndirmək olub.

Ukrayna liderinin parlamentdəki çıxışı zamanı ifrat sağçı Almaniya üçün Alternativ (AfD) və radikal solçu Sarah Vaqenknext Alyansının (BSW) deputatları çıxışı boykot ediblər.

“Almaniya üçün Alternativ” partiyasının həmsədrləri Tino Krupallan və Alice Weidel “kamuflyaj” formasında Zelenskiyə qulaq asmaqdan imtina etdiklərini bildiriblər.

“Ukraynanın indi müharibə prezidentinə ehtiyacı yoxdur, ona danışıqlara hazır olan sülh prezidenti lazımdır”, – deyə deputatlar bildiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
74
busaat.az

1Sources