EN

Barmaqlarda uyuşma bu problemin ilk siqnalıdır –Dərhal müayinədən keçin!

Barmaqlarınızda uzun müddətdir keçməyən uyuşma, “qarışqa gəzməsi” hissiyyatı varsa, bu, yüksək xolesterolun əlaməti ola bilər.

Medicina.az xəbər verir ki, xolesterol səviyyələrini nəzarət altında saxlamaq, infarkt və ya iflic kimi bir çox sağlamlıq probleminin qarşısını almaq üçün çox vacibdir.

Artan xolesterol fiziki sağlamlığa təsir edərək bəzi siqnallar verə bilər. Lakin bəzi hallarda aşkar simptomlarla özünü göstərmir. Xolesterolun yaratdığı problemləri anlamaq üçün gizli siqnallara diqqət yetirmək lazımdır.

Yüksək xolesterol xüsusilə barmaqlarda və ayaq barmaqlarında ağrıya səbəb ola bilir. “Qarışqa gəzməsi”, uyuşma kimi problemlərlə də özünü göstərə bilər. Bu, qan damarlarında xolesterolun yığılması nəticəsində yaranan tıxanmaların nəticəsidir. Bədənin bəzi hissələrində qan axını həddindən artıq xolesterinə görə balanssızlaşır.

Barmaqlarda ağrı, keyimə və s. hiss etdikdə mütəxəssisə müraciət etmək tövsiyə olunur. Erkən diaqnoz və ya müalicə ciddi risklərin qarşısını almaqda çox faydalı olacaq.

Bununla birlikdə, yüksək xolesterol səbəbilə göz və oynaqların ətrafında sarı rəngli və yağlı lövhələr əmələ gələ bilər. Belə bir vəziyyəti müşahidə etsəniz, dərhal həkimə müraciət etməlisiniz.

Sağlam qidalanmamaq yüksək xolesterolu inkişaf etdirən ən böyük səbəblərdən biridir. Genetik faktorlar da xolesterol riskini artırır. Bədənin kimyəvi tərkibinin dəyişməsi ilə əlaqədar olaraq yaşla birlikdə də xolesterol riski yüksəlir.

Yemək tərzinizdə dəyişiklik edərək, heyvani yağların miqdarını məhdudlaşdıraraq, zərərli qidalardan uzaq duraraq və idmana başlayaraq xolestrol problemini nəzarət altında saxlaya bilərsiniz.


Aysel


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
38
10
medicina.az

10Sources