EN

"Şamaxı" daha 5 yeni futbolçu ilə anlaşdı – ADLAR

"Şamaxı"da ilk transferlər reallaşıb.

Prosport.Az-ın xəbərinə görə, baş məşqçi Ayxan Abbasov başqa klublardan təklif ala bilməyəcəyini anladığından, "Şamaxı"nın aşağı maaş təklifinə razılıq verməli olub.

Onun "Turan Tovuz"da 2 köməkçisi olan Elnur Çodarov və Kamil Qafarov da "Şamaxı"nın məşqçilər heyətində yer alacaq.

Klub 7 legioner transfer edəcək. Bunlardan birinin braziliyalı mərkəz müdafiəçisi Alan Dias olduğunu bildirmişdik. 

Həmçinin, iyunun 30-da "Turan Tovuz"la müqaviləsi rəsmi şəkildə başa çatacaq albaniyalı Belaydi Pusi də sabiq baş məşqçisinin yanına getməyə üstünlük verib. Mərkəz hücumçusunun belə qərar verməsinə Şamaxının paytaxta yaxın olması da təsirsiz ötüşməyib. Avqustda 39 yaşını qeyd edəcək "Turan Tovuz"un qapıçısı Kamal Bayramov da Ayxan Abbasova görə doğma komandasını tərk edib.

"Zirə"dən ayrılan hücumameyilli yarımmüdafiəçi olan İlkin Muradov da "Şamaxı"ya keçib. "Səbail"dən ayrılmış futbolçular – mərkəz müdafiəçisi Adil Nağıyev və sağ cinah müdafiəçisi Rafael Məhərrəmli də artıq "Şamaxı"nın yeni oyunçularıdır.  

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
85
prosport.az

1Sources