Konqo Demokratik Respublikasının May-Ndombe əyalətində qayığın batması nəticəsində 86 nəfər itkin düşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mai-Ndombedəki Kva çayı üzərindəki Muşie şəhərindən Lebida qəsəbəsinə doğru hərəkət edən qayıq mühərriki nasaz olduğu üçün sahilə çırpılaraq batıb.
Təxminən 100 nəfərin xilas edildiyi qayıq qəzasında itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.
Xüsusilə güclü mövsümi yağışlar zamanı baş verən bu cür dəniz qəzalarına “gəmilərə texniki qulluq göstərilməməsi və onların imkanlarından artıq yük daşıması” səbəb olduğu bildirilir.