Bakıda imkanlı şəxslərin övladlarının ali təhsil alması ilə məşhur olan Tofiq İsmayılov adına 6 saylı məktəb-lisey qalmaqallı olayla gündəmə gəlib.
“AzPolitika” xəbər verir ki, məktəbin bu il məzun olacaq şagirdləri iyunun 3-də bahalı avtomobillərlə əvvəlcə məktəbin həyətinə yığışıb, ardınca sükan arxasına keçərək şəhərdə avtoyürüş keçiriblər.
“Tik-Tok” sosial şəbəkəsinə yerləşdirilən videoda 10-dan artıq “Rang Rover, “Porshe”, “Cadillak”, “Lexus”, “Toyota” kimi bahalı markalı avtomobillərin olduğu görünür. Şagird-məzunlar maşınların qəza işıqlarını yandıraraq şəhər küçələrində şütüyüb, əylənir, bir-birləri ilə ötüşürlər.
![](https://static.azpolitika.info/storage/news/aca8b92baed973561c8c21e647fa387b/abf19d2b-8e3d-47da-8acf-6390167aff8d.jpg)