EN

Azərbaycanın XİN başçısı ukraynalı həmkarı ilə humanitar yardımı müzakirə etdi - Yeni

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Bərpa Konfransında iştirakı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb.

Bu barədə Teleqraf.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı Azərbaycan-Ukrayna əməkdaşlıq gündəliyində duran aktual məsələlər, habelə bölgədəki cari vəziyyət müzakirə edilib.

C.Bayramov Ukraynalı həmkarını bölgədəki son vəziyyət, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-yenidənqurma işləri, mina təhdidi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması üçün atılan addımlar, habelə maneələr barədə məlumatlandırıb.

Ukrayna tərəfi ölkəsinə göstərilən humanitar dəstəyə və bərpa işlərinə görə təşəkkür edib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

22:08

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində ukraynalı həmkarı Dmitro Kuleba ilə humanitar yardım daxil olmaqla bir sıra məsələləri müzakirə edib.

Teleqraf.com xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında bildirilib.

“Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukraynanın Bərpası Konfransı çərçivəsində Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşüb. Nazirlər müxtəlif sahələrdə, o cümlədən humanitar yardım, nəqliyyat və əlaqə sahələrində Azərbaycan-Ukrayna əməkdaşlığını müzakirə ediblər. Həmçinin son regional vəziyyət, Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşması prosesi, onun son prosesləri və etimadın yaradılması istiqamətində görülən tədbirlərə də toxunulub”, – XİN-in mətbuat xidməti diqqətə çatdırıb.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
36
teleqraf.com

10Sources