EN

gismeteo / VideoGüclü yağış yağır, ildırım çaxır - VİDEO

SİZİN REKLAM BURADA!055 213 76 73

Hazırda Azərbaycanda rayonlarda güclü külək əsir və yağış yağır. Qəbələdə isə yağış intensivləşib və ildırım çaxır.

Bu barədə sakinlər BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Qəbələnin mərkəzində yollar su ilə dolub. Avtomobillərin hərəkəti üçün çətinlik yaranıb.

Qeyd edək ki, dünən Milli Hidrometeorologiya Xidmətindən havanın dəyişkən və yağışlı olacağı barədə məlumat verilmişdi.

Bildirilmişdi ki, Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntıda fasilə olacaq.

Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxanda arabir güclənəcək.

Cavid Babayev BAKU.WS VİDEO

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
95
far.az

1Sources