EN

Ukraynada hərbçilərə məxsus avtomobillər niyə yandırılır..?

İyunun 10-da Ukraynanın üç vilayətində hərbi maşınlar yandırılıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Strana” nəşri məlumat yayıb.

Dnepropetrovskda bir yanğının baş verdiyi dəqiqləşdirilir. Naməlum şəxs dayanacaqda dayanmış “Volkswagen” markalı avtomobilə benzin töküb.

Həmin gün Kiyevin Şevçenkovski rayonunda naməlum şəxs hərbçiyə məxsus “Mercedes-Benz” markalı mikroavtobusu yandırıb. Üçüncü epizod Odessada qeydə alınıb və orada “Peugeot” markalı avtomobil yandırılıb.

Nəşrin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti (SBU) hər üç insidentlə bağlı araşdırma aparır.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
144
sia.az

1Sources