EN

Misir prezidenti dünyaya səsləndi: "İsraili məcbur etmək lazımdır!"

"İsrail Qəzzanı, onun infrastrukturunu, səhiyyə sistemini məhv edir, bölgə insanların yaşaması üçün artıq yararsız yerə çevrilib..."
 
Misir prezidenti Əbdül Fəttah əs-Sisi beynəlxalq birliyə "aclıqdan silah kimi istifadə edilməsini dayandırmaq və Qəzza bölgəsində humanitar yardımın paylanmasına maneələri aradan qaldırmaq üçün İsrailə təzyiq göstərməyə" çağırış edib. 
 
Moderator.az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri yazıb.
 
"İsrail Qəzzada baş verənlərə görə məsuliyyət daşımalıdır. İsrail Qəzzanı məhv edir. İsrail Qəzzanın infrastruturunu məhv edir, həmçinin Qəzzada səhiyyə sistemini məhv edir. Qəzza artıq insanların yaşayışı üçün yararlı yer deyil".
 
Bunu Misir prezidenti Əs-Sisi Qəzza bölgəsi əhalisinə humanitar yardım göstərilməsi üzrə yüksək səviyyəli Beynəlxalq konfransdakı çıxışında bəyan edib.
 
Bu forum bu gün İordaniyanın Əs-Süveyma şəhərində Ölü dənizdə keçirilir.
 
Misir prezidenti qeyd edib ki, onun ölkəsi "dəfələrlə İsrailin Rafahda hərbi əməliyyatlarının nəticələri barədə xəbərdarlıq edib".
 
"İsrailin bu əməliyyatları Qəzzaya daxil olan humanitar yardım axınının qarşısını alıb. Humanitar yardım və kommersiya malları olan iki mindən artıq yük maşınları Misirdə Qəzzaya daxil olmasını gözləyir", - o, bəyan edib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
moderator.az

1Sources