EN

Göygöldə 22 yaşlı qadın qətlə yetirildi - həyat yoldaşı saxlanıldı

İyunun 11-də saat 20 radələrində 2002-ci il təvəllüdlü M. Kərimovanın Göygöl rayon ərazisində həyat yoldaşı tərəfindən boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə “Qafqazinfo”ya DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, qətli törətməkdə şübhəli bilinən Şəmkir rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Mustafayev daha sonra polisə könüllü təslim olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
135
10
qafqazinfo.az

10Sources