EN

Boksçu otelə 15 min dollar ziyan vurub

Amerikalı boksçi Rayan Qarsiya vandallıq ittihamı ilə həbs olunub.

“Football-plus.az” xəbər verir ki, bu haqda xəbəri ESPN yayıb. Bu qaynaq bildirir ki, qalmaqal Kaliforniya ştatının Beverli-Hillz şəhərində baş verib. İdmançının yaşadığı otel onun dəyəri 15 min dollardan artıq olan əmlakı sıradan çıxardığını bildirib. Boksçunun vəkili isə onun anasının yaxınlarda dünyasını dəyişməsi üzündən psixoloji durumunun ağır olduğunu bildirib.

Qarsiya aprelin 20-də keçirilən döyüşdə Devin Heynini məğlub edib, rəqibi üç dəfə nokdauna salıb. Həmin döyüş Nyu-Yorkda keçirilib. Ancaq Qarsiya çəki dərəcəsinin limitinə uyğun olmadığından titul qazanmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources