EN

ABŞ fələstinlilərə yardım ayıracaq

Bakı. TurkicWorld:

ABŞ fələstinlilərə 404 milyon dollarlıq yardım ayıracaq.

TurkicWorld xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Blinken digər ölkələri, o cümlədən ABŞ tənqidçilərini Qəzzanın humanitar böhranını həll etmək üçün yardım etməyə çağırıb.

Bu yardım ABŞ-ın oktyabr ayında müharibə başlayandan bəri Qəzza, İordan çayının qərb sahili və bölgədəki fələstinlilərə ümumi töhfəsini 674 milyon dollara çatdırır.

“Bəziləri Qəzzada Fələstin xalqının əzabından çox narahat olduqlarını ifadə ediblər. Yardım göstərə biləcək ölkələr isə çox az yardım göstərdilər və ya heç nə etmədilər. ” – deyə o çıxışında bildirib.

Blinken ABŞ-ın yardımı necə çatdıracağını açıqlamayıb, lakin Fələstinlilərə ən böyük donor olan Vaşinqton əsas diqqətini Ümumdünya Ərzaq Proqramına və özəl yardım qruplarına yönəldib.

Tasnem Ismukhan

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
turkic.world

1Sources