EN

“O, komandanın arxasında gizlənməməli, özləri qəhrəman olmağa çalışmalıdır”

Fransa yığmasının və “Yuventus”un sabiq hücumçusu David Trezeqe qarşıdan gələn Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az “Calciomercato”-ya istinadən xəbər verir ki, keçmiş futbolçu, Fransa millisinin turnirin favoriti olduğunu deyib:

“Fransa millisi turnirin favoritidir. İtaliya? Luçano Spalletti komandanın zəngin tarixinin arxasında gizlənməməli, əksinə, özləri qəhrəman olmağa çalışmalıdırlar. Onlar böyüdülər və qalib gəlməyə hazırdırlar”.

AÇ-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Fransa millisi Avropa çempionatının qrup mərhələsində Polşa, Avstriya və Niderlandla qarşılaşacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
sportinfo.az

1Sources