Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.
51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə, milli komandanın bombardiri olacaq.
Qeyd edək ki, Azərbaycan - Qazaxıstan matçı yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.