EN

Arif Əsədov Qazaxıstan üzərində qələbəni şərh etdi

Futbol üzrə Azərbaycan millisinin müvəqqəti baş məşqçisi Arif Əsədov bu gün Qazaxıstana qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Arena.az xəbər verir ki, 53 yaşlı mütəxəssis komandamızın 3:2 hesablı qələbəyə sevindiyi matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

“Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı”.

Arif Əsədov bir neçə gün öncə Albaniya yığmasına qarşı keçirdikləri oyunda da məğlubiyyətə layiq olmadıqlarını bəyan edib:

“Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.

Azərbayca millisində 4 ildir köməkçi məşqçi işləyən mütəxəssis ona olan etimadı doğrultmaq üçün əlindən gələni etdiyini söyləyib: “Mən çalışıram ki, öz işimi görüm. Millidə nəyisə öz işimlə göstərmək istəyirəm. 4 ildir millidəyəm. Klublarda köməkçi məşqçi kimi bu qədər çalışmaram. Həmişə istəyirdim ki, mənə güvəndikləri üçün özümü göstərim, etimadı doğruldum”.

Xatırladaq ki, Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci beynəlxalq yoldaşlıq görüşünü keçirib. Millimiz “Haladas SportKomplexum”da Qazaxıstan yığması ilə qarşılaşıb və 3:2 hesablı əzmkar qələbəyə sevinib. Bir neçə gün öncə eyni məkanda Albaniya yığmasına qarşı keçirilmiş oyunda isə millimiz 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
90
arena.az

1Sources