EN

Azərbaycanda nikahla bağlı qanunda köklü DƏYİŞİKLİKVİDEO

Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan olunur.

Xezerxeber.az xəbər verir ki, bu, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Nikah yaşının 1 il azaldılmasına yol verilən hal isə aradan qaldırılır .

Müzakirələrdə çıxış edən millət  vəkili  Rəşad Mahmudov isə bildirib ki, Ailə Məcəlləsinə qohum evlilikləri ilə bağlı dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlər və insanların hüquq və azadlıqları iki qütbə ayrılır.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev isə bildirib ki, bəzən ailə siyasəti sahəsində tövsiyə xarakterli qərarlar və ya hüquqi maarifləndirmə  tədbirləri gərəkən effekti vermir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
xezerxeber.az

1Sources