EN

“Komandamız toparlanaraq qələbə qazandı”

Beynəlxalq yoldaşlıq görüşü çərçivəsində bu gün Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum” stadionunda keçirilmiş Azərbaycan - Qazaxıstan oyunundan sonra təşkil olunan mətbuat konfransında millimizin məşqçisi Arif Əsədovun səsləndirdiyi fikirləri nəzərinizə çatdırırıq:
“Futbolçularımı təbrik edirəm. Mövsümün sonu olduğundan, həm psixoloji, həm də fiziki yorğunluq var. Buna baxmayaraq, oyunçularımız xarakter nümayiş etdirərək, geridönüş etməyi bacardılar. Təəssüf ki, ilk standart vəziyyətdən qol buraxdıq. Ardınca rəqib əks-hücumdan daha bir dəfə fərqləndi. Ancaq komandamız toparlanaraq qələbə qazandı.
Albaniya ilə görüşü də yaxşı keçirmişdik. Ən azı heç-heçəyə layiq idik. Həmin matçdan sonra da görürdük ki, azarkeşlər və ictimaiyyət komandaya inanır. Bu amil futbolçulara müsbət təsir göstərmişdi”.
Qeyd edək ki, oyun Azərbaycan milli komandasının 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
141
affa.az

1Sources