EN

Məhkəmə Baydenin oğlunu təqsirli bilib – onu 25 il həbs gözləyir

ABŞ-ın andlılar məhkəməsi prezident Co Baydenin oğlu Hanter Baydenin işi üzrə hökmü geri qaytarıb və onu silah alışında pozuntularla bağlı cinayət əməllərində təqsirli bilib. 
 
525.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Qeyd olunur ki, Delaver ştatının Uilminqton şəhərindəki federal məhkəmə onu hər üç ittiham üzrə təqsirli bilib. Məlumata görə, o, 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə ilə üzləşə bilər. 
 
Əvvəllər Hanter Bayden ona qarşı federal silah ittihamlarının ləğv edilməsini tələb edərək apellyasiya şikayəti vermişdi. Prezidentin oğlu 2018-ci ildə silahların alınması ilə bağlı törətdiyi cinayətlərdə günahını etiraf etmir. O, bütün ittihamlar üzrə özünü təqsirli bilməyib və silahı cəmi 11 gün saxladığını iddia edib.
 
Pərvanə























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
96
525.az

1Sources