EN

Millimiz Qazaxıstan yığmasına qalib gəlib

Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
Millimiz “Haladas SportKomplexum” stadionunda Qazaxıstan yığması ilə qarşılaşıb. Macarıstandan olan hakimlər briqadasının idarə etdiyi qarşılaşma millimizin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın heyətində qolları 42-ci dəqiqədə Mahir Emreli, 51-ci dəqiqədə penaltidən Emin Mahmudov və 73-cü dəqiqədə Toral Bayramov vurublar.
Qeyd edək ki, milli iyunun 7-də eyni stadionda keçirilən yoldaşlıq oyununda Albaniya yığmasına 1:3 hesabı ilə məğlub olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
114
affa.az

1Sources