EN

Azərbaycan karateçiləri Gürcüstanda keçirilən beynəlxalq turnirdə 13 medal qazanıb

Azərbaycanın gənc və yeniyetmələrdən ibarət karateçiləri Gürcüstanda keçirilmiş ”Open Georgia” beynəlxalq turnirində uğurla çıxış ediblər.

“İki sahil” xəbər verir kiAzərbaycan Karate Federasiyasından verilən məlumata istinadən xəbər verir ki, təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.

Turnirdə 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb. İdmançılarımız məşqçilər - Əbülfət Qarayev, Vüsal İsrafilov, Siyavuş Bayramov, Rüstəm Əkbərov, Mais Mədətov və Tərlan Cavadovun rəhbərliyi altında qüvvəsini sınayıb.

Yarışda ölkəmizi hakim qismində Vüqar Kərimov təmsil edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
101
6
ikisahil.az

7Sources