EN

Azərbaycan-Türkiyə müttəfiqliyi diqqətəlayiqdir - AÇIQLAMA

“Bu bir işçi səfəri idi və əslində bu görüşdən hər hansısa bir sənədin imzalanması və ya layihənin səslənməsi gözlənilmirdi.”

Bunu News365.az-a açıqlamasında Millət Vəkili Rasim Musabəyov deyib.

“Azərbaycan-Türkiyə müttəfiqliyi və prezidentlər arasındakı sıx əməkdaşlığın yüksək səviyyədə olması mənim diqqətimi çəkən əsas məqamlardan biridir. Belə ki, bu əməkdaşlıq o qədər güclüdür ki, hansısa vacib bir qərar verilən ərəfədə onlar görüşüb, qapalı müzakirə etməyə ehtiyac duyublar. İndiki dövrdə dövlətlər arasında çox az belə dövlətlər  var ki, öz siyasətini müəyyənləşdirdikdə belə yaxın müttəfiqi ilə görüşüb, onunla məsləhətləşsin.  Onu da demək istəyirəm ki, Türkiyə prezidenti dəfələrlə demişdi ki, MDB ölkələrə, Rusiyayla siyasətdə İlham Əliyevin məsləhətləri, analizi onun üçün çox əhəmiyyətlidir.

Hakan Fidan Moskvadadır. Orada XİN-in görüşüdür və orada indi Türkiyənin də fikirləri səslənir. O cümlədən Türkiyə üçün Azərbaycanın bu məsələyə yanaşması olduqca vacibdir

Və Ukrayna-Rusiya arasında atəşkəsin əldə olunması ilə bağlı yenidən xəbərlər gündəmə gəlib. Əlbəttə ki, bu da Türkiyəsiz keçmiyəcək. Yəni, onlar İstanbul vaxtıyla, İstanbulda görüşmüşdülər və istisna etmirəm ki, bu yenidən təkrar olunabiləcək bir görüşdür və Türkiyə üçün bu məsələlərdə Azərbaycan prezidentinin yanaşması,onun analizi olduqca vacib bir məqamdır. 

Məlumdur ki, Azərbaycan Ermənistan danışıqları müəyyən bir sona yaxınlaşır.  Türkiyə üçün bu məsələlərdən vaxtında və birinci xəbərdar olmaq əlbəttə vacibdir və eyni zamanda bəllidir ki, Azərbaycan- Ermənistan münasibətlərinin normallaşması eyni zamanda Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına görə sərhədin açılması üçün əsasdır. 

Düşünürəm ki, bütün bu məsələlər müzakirə olunub. Başqa məsələlərdə var sözsüz. Təbii ki, hərbi sənaye kompleksinin inkişafını birgə həyata keçiririk. Və düşünürəm ki, gündəlikdə böyük layihələr var və həmin layihələr həm Türkiyənin, həm Azərbaycanın, prezidentlərin müzakirəsini tələb edir. Ola bilsin ki, layihənin böyük hissəsi Azərbaycan ərazisində həyata keçiriləcək”


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
118
news365.az

1Sources