EN

Baydenin oğlu silah saxlamaq ittihamı üzrə günahkar bilinib

Andlı iclasçılar heyəti ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanterin silah saxlaması ilə bağlı iş üzrə ittiham hökmü çıxarıb.

“İki sahil” xəbər verir ki, bu barədə “Fox News” teleşirkəti məlumat yayıb.

Məlumata görə, Hanter Bayden hər üç ittiham üzrə təqsirli bilinib və onu 25 ilə qədər həbs və 750 min dollara qədər cərimə gözləyir.

Bu, ABŞ tarixində postda olan prezidentin oğlunun cinayətdə təqsirli bilinməsinə dair ilk haldır. Teleşirkət qeyd edir ki, kiçik Bayden ilk dəfə cinayət törətmiş şəxs kimi maksimum cəzadan çox az cəza alacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
108
10
ikisahil.az

10Sources