EN

Üç prezident Rusiyanı NATO ölkələrində “hibrid fəaliyyətlər” aparmaqda ittiham etdi

Rumıniya, Polşa və Latviya Rusiyanı NATO-ya üzv ölkələrin ərazilərində “hibrid fəaliyyətlər” aparmaqda ittiham edib.

Hit.az bu barədə "Reuters"ə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bu üç ölkənin prezidentləri NATO ölkələrində “bədxassəli hibrid fəaliyyətlər” adlandırdıqları şeydən narahatdırlar.

Bir gün əvvəl ABŞ Dövlət Departamenti Vaşinqton və Varşavanın Ukraynada baş verənlərlə bağlı fikirlərini təbliğ etmək üçün kommunikasiya qrupu yaratdığını bildirdi.

Yeni qrup Polşanın paytaxtında yerləşəcək. Dövlət Departamentinin bəyanatında deyilir ki, o, Ukraynaya “informasiya məkanında Rusiyanın təcavüzü ilə mübarizədə” dəstək vermək niyyətindədir.

Mayın 21-də Polşanın baş naziri Donald Tusk Rusiya və Belarusun Polşa dövlətindəki vəziyyətə mümkün təsirini araşdırmaq üçün komissiyanın yaradılması barədə göstəriş verib.

Nazirlər Şurasının iclasından sonra keçirilən mətbuat konfransında Tusk bildirib ki, komissiya son iyirmi ilə diqqət yetirməlidir.

Samir

Chosen
102
hit.az

1Sources