EN

Millimiz Qazaxıstana qalib gəldi

Macarıstanın Sombatxey şəhərində təlim-məşq toplanışında olan Azərbaycan millisi bu gün növbəti yoldaşlıq görüşünə çıxıb.

Fanat.Az xəbər verir ki, Arif Əsədovun başçılıq etdiyi yığmamız Qazaxıstanı sınağa çəkib. 

Oyuna uğursuz başlayan və hesabda 0:2 geri düşən millimiz "kambək" etməyi bacarıb. Üç qol vuran Əsədovun komandası meydandan qalib ayrılıb. 

Qeyd edək ki, iyunun 7-də Macarıstanda Albaniya ilə qarşılaşan Azərbaycan millisi görüşdən 1:3 hesabı ilə məğlub ayrılıb.

Beynəlxalq yoldaşlıq oyunu
11 iyun

Azərbaycan - Qazaxıstan 3:2 

Qollar: Mahir Emreli, 42. Emin Mahmudov, 51-pen. Toral Bayramov, 73 - Yan Voroqovskiy, 2. Maksim Samorodov, 27.

Macarıstan, "Haladas SportKomplexum"    

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev

Məşqçi: Arif Əsədov

Qazaxıstan: 1. Aleksandr Zarutski, 11. Yan Voroqovskiy, 3. Nurali Alip, 22. Aleksandr Maroçkin, 24. Alibek Kassim, 4. Marat Bıstrov, 8. Aşkat Taqibergen (k), 18. Adilet Sadibekov, 7. Ramazan Orazov, 10. Maksim Samorodov, 17. Abat Aimbetov

Məşqçi: Ruslan Baltiev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
81
7
fanat.az

8Sources