EN

Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordu TƏKRARLANDI

"Neftçi"nin kapitanı Emin Mahmudov Qurban Qurbanovun Azərbaycan millisindəki qol rekordunu təkrarlayıb.

"Unikal" xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi buna Qazaxıstana qarşı yoldaşlıq matçında fərqlənməklə nail olub.

51-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən oyunçu yığmadakı qollarının sayını 14-ə çatdırıb. O, daha bir dəfə fərqlənsə milli komandanın bombardiri olacaq.

Qeyd edək ki, hazırda Azərbaycan - Qazaxıstan matçında ikinci hissə oynanılır və hesab bərabərdir - 2:2.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
100
11
unikal.az

10Sources