EN

Lisey nəşi tapılan hərbçi ilə bağlı məlumat yaydı - FOTO

Akademik Zərifə Əliyeva adına lisey Naxçıvanda nəşi tapılan hərbçimiz Ceyhun Hüseynovla bağlı məlumat yayıb.

 

Modern.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, 2016-cı ildə liseiy qızıl medalla bitirən Ceyhun həmin il 627 bal toplayaraq ADA Universitetinə qəbul olub.

 

"O, magistratura təhsilini İsrailin paytaxtı Tel-Əvivdə alıb. 

 

Təhsilini bitirdikdən sonra Vətənə qayıdaraq hərbi xidmətə yollanıb. 

 

Xidmətin bitməsinə 20 gün qalmışdı.

 

Ceyhuna uca Allahdan rəhmət, ailəsinə və yaxınlarına səbr diləyirik. Ruhu şad olsun!", - açıqlamada bildirilir.

 

İyunun 9-da naməlum şəraitdə itkin düşmüş hərbi qulluqçumuzun nəşi bu gün səhər saatlarında tapılıb. Onun Ordubad rayonunda dəfn olunacağı bildirilir.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
1
modern.az

2Sources