EN

Çində 4 amerikalı akademikə bıçaqla hücum edilib

Bu gün səhər saatlarında Çində turizm parkını ziyarət edərkən ABŞ-nin 4 universitet müəlliminin bıçaqlanması ilə nəticələnən hücumda şübhəli bilinən şəxs yaxalanıb.

Cilin əyalət polisi, soyadının Cui olduğu bildirilən 55 yaşlı şübhəlinin tutulduğunu qeyd edib.

Açıqlamada, təcavüzkarın Beyşan parkını ziyarət edərkən ABŞ vətəndaşlarından biri ilə "toqquşduğu", daha sonra onu və yanındakı daha 3 əcnəbini bıçaqladığı qeyd edilib.

Hadisə zamanı hücum edənin qarşısını almağa çalışan çinli turistin də yaralandığı, hücumun səbəbinin hələlik məlum olmadığı bildirilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
13
aznews.az

1Sources