EN

Emin Mahmudov Qurban Qurbanovun rekordunu təkrarladı

Azərbaycan milli komandasının kapitanı Emin Mahmudov Qurban Qurbanovun rekordunu təkrarlayıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu buna yığmamızın yoldaşlıq görüşü çərçivəsində keçirdiyi Qazaxıstan görüşündə fərqlənməklə nail olub. Mahmudov sözügedən matçda penaltidən düzgün istifadə edərək, milli forma ilə 14-cu qolunu vurub.

Bu göstərici ilə Emin millimizin sabiq forvardı Qurban Qurbanovu yaxalayıb. Əgər yarımmüdafiəçi daha bir qol vursa, Azərbaycan yığmasında ən çox qol vuran futbolçu olacaq.

Chosen
195
idmanxeber.az

1Sources