Yekunda heyətində azərbaycanlı şahmatçı Rauf Məmmədovun çıxış etdiyi "Chartres Echecs" 30 xalla Fransa çempionu olub. Rauf Məmmədov 6 oyunun ikisində qələbə qazanıb, dördündə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı isə azərbaycanlı şahmatçı Namiq Quliyev olub. Rauf Məmmədovun yarışla bağlı "Football-plus.az"a dedikləri:
"Çempionat mənim üçün çox yaxşı keçdi. Artıq dördüncü dəfə bu komandada çıxış etsəm də, ilk dəfə çempion olduq. Ən çətin matçlarımız 9-cu turda idi. Ən önəmli qarşılaşmalardan birində "Lion"a 2:1 hesabıyla qalib gəldik. Mən və kapitanımız Namiq Quliyev rəqiblər üzərində qələbə qazadıq. Həmin turda erməni Karen Qriqoryanla qarşılaşdım və onu məğlub etdim. Qarşıda Türkiyə liqası var. İyulun 13-27-si aralığında keçiriləcək yarışda mən də iştirak edəcəm. Builki əsas hədəfimiz Şahmat Olimpiadasıdı. İnşallah, vətənə yığma ilə birlikdə medalla qayıdarıq".
GÜNAY SÜLEYMANOVA