Demokrat.az xəbər verir ki, bu barədə araşdırma "Nature Communications" jurnalında dərc olunub.
Araşdırmada, xərçəng xəstəliklərinin diaqnozunu asanlaşdırmaq üçün süni intellekt texnologiyasından istifadə edilib.
Tədqiqat çərçivəsində ABŞ Xərçəng İnstitutunun bazasında olan 452 xəstənin ağciyər toxuması nümunələri toplanıb.
Tədqiqatçılar nümunələri təhlil edərək, şəkillərdəki nümunələri aşkar etmək üçün yeni texnalogiya hazırlayıblar.
Texnalogiya, toxuma nümunələrində hüceyrələrin vizual xüsusiyyətlərini tanıyıb və təsnif edə bilib.
Bununla da, yeni texnalogiyanın 99% uğurlu olduğu təsdiqlənib.
Digər tərəfdən bu süni intellekt sistemi ilə döş və prostat vəzi kimi 10 xərçəng növündə ardıcıl nəticələr əldə edilib.
Aysu
Demokrat.az