EN

Qadın ağır yol qəzası törətdi:əzilmiş maşından yaralı qurtuldu - VİDEO

Türkiyənin Bursa şəhərində ağır yol qəzası baş verib. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə iyunun 11-də Osmanqazi rayonunda qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan minik avtomobili sürücünün idarəetməsindən çıxaraq əvvəlcə yol kənarındakı bardürə, daha sonra isə ağaca çırpılaraq əks istiqamətə çıxıb.

Zərbənin təsirindən avtomobil bir neçə dəfə çevrilərək qarşıdan gələn yük maşını ilə toqquşub.

Nəticədə minik avtomobilinin qadın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Polis qəzanın başvermə səbəblərini araşdırır.

 

Namiq Musayev

Chosen
139
avtosfer.az

1Sources