EN

Ruslan Əliyevin əsas adamlarının səlahiyyətləri əllərindən alınıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin yeni Baş direktoru Azər Məmmədov qurumda gözlənilən islahatlara başlayıb.

32gun.az-ın əldə etdiyi məlumata görə, Baş direktorun satış üzrə müavini Rəşad Cavadovun və baş direktorun istismar üzrə müavini Cahid Hüseynovun səlahiyyətlərinə məhdudiyyət qoyulub. Məhdudiyyətin qoyulmasına əsas səbəb isə sözügedən şəxslərin fəaliyyətində korrupsiya və digər neqativ halların olması ilə bağlı “Azəriqaz” İB rəhbərliyinə edilən vətəndaş şikayətləri ilə bağlıdır. 

Qeyd edək ki, Rəşad Cavadov və Cahid Hüseynov “Azəriqaz” İB-nin sabiq Baş direktoru Ruslan Əliyevin komandasında olan əsas fiqurlardan hesab olunur. İddialara görə, Ruslan Əliyev “Azəriqaz”a rəhbərlik edən dövrdə Cahid Hüseynov və Rəşad Cavadov onun “pulyığanı” kimi tanınıb. Zaman-zaman Ruslan Əliyev bu şəxslərin dəstəyi ilə öz rəqiblərini sıradan çıxarmağı bacarıb. 
Məsələ ilə bağlı Rəşad Cavadov və Cahid Hüseynov telefon zənglərimizi cavablandırmayıb.

Ayxan 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
32gun.az

1Sources