EN

Niqabı qadağan edən qanun layihəsi təqdim olunub

Rusiyada niqab geyinilməsini qadağan edən qanun layihəsi Dövlət Dumasına təqdim olunub.

News365.az xəbər verir ki, bu barədə aşağı palatanın deputatı Mixail Matveyev “Telegram”da məlumat verib.

Məlumata görə, sənədin hazırlanması müsəlman qadınların yalnız gözlərini açıq qoyan ənənəvi baş geyimi olan niqab taxmağın qanuniliyi ilə bağlı ictimai müzakirələrlə müşayiət olunub.

Qanun layihəsi İnzibati Xətalar Məcəlləsinə 10 ilə 15 min rubl arasında cərimə nəzərdə tutan maddənin daxil edilməsini nəzərdə tutur.

Sənədin mətninə görə təkrar pozuntuya görə cərimə 15 ilə 30 min rubl arasında olacaq.

Qeyd edək ki, Rusiyada niqab qadağası ilə bağlı müzakirə Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevin təşəbbüsü ilə baş tutub.

O, bunu ekstremizmin yayılma riskləri ilə izah edib.

Bu ideya İslam ruhanilərinin müqavimətinə səbəb olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
23
news365.az

10Sources