EN

“Baş verənlər Makron siyasətinin yanlış tərəfləri sayıla bilər” - MÜNASİBƏT BİLDİRİLDİ

Avropa Parlamentinə seçkilərdə Makron və onun "İntibah" partıyası acı məğlubiyyətiə uğradı. "İntibah" cəmi 14.7 faiz səs topladığı halda, milliyYətçi Marin Le Penin " Milli birlik" partiyası 31.5 faiz səs toplayıb. Siyasi şərhçi Vüqar Əhmədov SİA-ya açıqlamasında bu məsələyə münasibət bildirib: “Təbii ki, bu birbaşa Fransanın indiki hökumətinin və başda Fransa Prezidenti Makronun apardığı yanlış sosial və iqtisadi siyasətin nəticəsində baş verir. Məlumdur ki, artıq uzun müddətdir Fransada səhv təqaüd islahatları və sosial yardımlarla bağlı sarıjiletlilərin aksiyası keçirilib və nümayişlər polis tərəfindən zorakılıqla dağıdılır, əhali Makronun son illər apardığı daxili və xarici siyasətlə razı deyil və təbii ki, Makronun partiyasının acı məğlubiyyəti Fransanın son illərdə bir çox dövlətlərlə münasibətlərin gərginləşməsinə xidmət edən siyasətinə söykənir”.

V.Əhmədov qeyd edib ki, həm Fransanın davam etdirdiyi kolonial siyasət və Yeni Kolidoniyada əhalinin etirazları, Qərb daxilində öz müttəfiqləri ilə ciddi fikir ayrılığı, Ukrayna məsələsindən dolayı bütövlükdə Avropa İttifaqını ciddi böhran vəziyyətinə salması bütövlükdə Makron siyasətinin yanlış tərəfləri sayıla bilər.

Ləman Sərraf

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
94
sia.az

1Sources