EN

Naxçıvanda yabanı halda bitən 14 tona yaxın çətənə bitkisi məhv edilib

Naxçıvan, 11 iyun, AZƏRTAC

Naxçıvanda yabanı halda bitən narkotik tərkibli bitkilər polisin keçirdiyi “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində aşkarlanıb.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna verilən məlumata görə, ümumi çəkisi 14 tona yaxın olan 522447 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
143
9
azertag.az

10Sources