EN

Yanvar-may aylarında 180,2 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub

Yanvar-may

Bakı, 11 iyun, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən yanvar-may ayında 180,2 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 72 min nəfərin münasib işlərlə təminatı həyata keçirilib. 1,6 min şəxs isə özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını yaratmaq üçün aktivlərlə təmin olunub.

Həmin dövrdə Agentlik tərəfindən 7,3 min nəfər işsiz və işaxtaran şəxs üçün peşə hazırlığı kursları təşkil edilib, 99,3 min şəxsə peşəyönümü xidmətlər göstərilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
1
azertag.az

2Sources