EN

"Hind toyuğu və xoruzdan qurban kəsilə bilməz" - İlahiyyatçı

Hər il Qurban bayramında müsəlmanlar qurban kəsirlər. Ölkəmizdə əsasən qoyuna qurbanlıq heyvan kimi üstünlük verilir. Bəs İslam dinində qoyundan başqa hansı heyvanlar qurbanlıq kimi kəsilə bilər?

İlahiyyatçı Fuad Nurullayev BiG.AZ-a bildirib ki, hind toyuğu və xoruzdan qurban kəsilə bilməz. Minimum xırdabuynuzlu və İribuynuzlu heyvanlardan qurban kəsilə bilər:

"Qurban minimum xırdabuynuzlu heyvanlardan, yəni qoç, qoyun və keçidən kəsilə bilər. Ondan aşağı heyvanlardan qurban kəsilə bilməz. Məsələn, hind toyuğu və xoruzdan qurban kəsilə bilməz. Burada yaş həddinə də baxılmalıdır. 6 aydan yuxarı, 8 ay və 1 yaş olsa, daha yaxşıdır. İribuynuzlu heyvanlardan öküz,danadan qurban kəsilə bilər. Bunların da yaşı 1-dən aşağı olmaz. Dəvədən də kəsilə bilər. 5 yaşdan aşağı dəvədən qurban kəsilə bilməz. Bunlara mütləq riayət olunmalıdır. Kəsilən qurbanın əti 3 hissəyə bölünə bilər. Bir hissəsini qurban kəsən insan özünə və ailsinə götürə bilər, qalan iki hissəsini qohum, qonşu və kənarda olan kasıblara verə bilər. Qurban əti 3 hissəyə bölünəndə bud,qol, bütün bədən hissələrindən o paylara qatılsa, daha yaxşı olar. Qurban günü əti kəsib paylamaq lazımdır. Məscidlərdə bayram namazına kimi kəsə bilərlər. Amma bəzi insanlar çatdıra bilmir. 3 gün qurbanlığı icra etmək olar. İnsanlar gigiyenik qaydalara riayət etməyə çağırırıq. İnsanlar qurbanı payladıqdan sonra ailəsi ilə gəzintiyə çıxa bilər, qocalara və xəstələrə baş çəkə bilər, dünyasını dəyişən insanların məzarını ziyarət edə bilərlər. Allah bir daha qurbanımızı qəbul etsin".


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
33
big.az

1Sources