EN

İlham Əliyev filippinli həmkarını təbrik etdi

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Filippin Respublikasının Prezidenti Ferdinand Romualdez Markosa təbrik məktubu göndərib.

President.az xəbər verir ki, məktubda deyilir:

"Filippin Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Filippin əlaqələrinin inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın genişlənməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Filippin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".

Chosen
116
36
hafta.az

10Sources