EN

Şəkər də bahalaşır, qəhvə də...

Dünyanın ikinci ən böyük qəhvə istehsalçısı olan Vyetnamda quraqlıq səbəbiylə istehsalın azalacağı gözləntiləri bazarlarda narahatlığı artırıb. 

"Cebhe.info" xəbər verir ki, bu da qəhvə qiymətlərinin sürətlə artmasına səbəb olub. Şəkər bazarında da qiymətlər qalxır. Beynəlxalq Şəkər Təşkilatı (ISO) 2023/24 mövsümündə 689 min ton istehsal kəsiri olacağını təxmin edir. Bu istehsal kəsiri gözləntisi şəkərin qiymətinin artmasına səbəb olub. Fil Dişi Sahilində kakao satışına qoyulan məhdudiyyətlər tədarükün daha da sərtləşəcəyi ilə bağlı narahatlıqları artırıb. Fil Dişi Sahilinin kakao tənzimləyicisi “Le Conseil du Cafe-Cacao” ölkədə emal müəssisələri olmayan şirkətlərə və ixracatçılara ən azı bu ayın sonuna qədər kakao paxlası ala bilməyəcəklərini bildirib. Bu məhdudiyyət kakaonun tədarükünün azalmasına və buna görə də qiymətlərin artmasına səbəb olub. 

Kakao bazarındakı bu problemlər şokolad və digər kakao məhsullarının qiymətlərində də özünü göstərə bilər. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
270
cebheinfo.az

1Sources