EN

"Bayer" yeni ev formasını təqdim edib - FOTOLAR

“Bayer Leverkuzen” 2024/2025 mövsümündə geyinəcəyi yeni ev formasını təqdim edib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytında bildirilib.

Qeyd edək ki, bu mövsüm “Bayer” ən yaxın izləyicisi “Ştutqart”ı 17 xal qabaqlayaraq Almaniya Bundesliqasının qalibi olub. “Əczaçılar” bu turnirin finalında “Kayzerslautern”ə 1:0 hesabı ilə qalib gələrək Almaniya kubokunun qalibi olub. Alonsonun komandası həmçinin Avropa Liqasının finalına yüksəlib və burada “Atalanta”ya 0:3 hesabı ilə uduzub.

Bu mövsüm “Bayer” Bundesliqada bütün mövsüm boyu məğlub olmayan tarixdə ilk klub olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
67
90deqiqe.az

1Sources